AZ

“Pizza-Mizza” YAP namizədi Şahin İsmayılova rəqib çıxardı – Qalanı usta, qarovulçu və…

83 saylı Beyləqan Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şahin İsmayılovun rəqibləri arasında diqqət çəkən məşhur “Pizza-Mizza” MMC-nin əməkdaşının olmasıdır. Tribunainfo.az-ın verdiyi xəbərə görə, şirkətin nəzarət şöbəsinin işçisi, brend standartı üzrə auditoru Sənan Mahmudlu seçkidə namizəd olaraq iştirak edir. Dairədə digər namizədlər isə Beyləqanda “JEK” mühəndisi Valeh Namazov, Beyləqan işıq idarəsinin ustası Sadiq Məmmədov, poçt işçisi Züleyxa Ağayeva və Beyləqanda uşaq bağçasının gözətçisi Əhməd Kərimovdur.

İlyas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
tribunainfo.az

3Mənbələr