AZ

Mərkəzi Gömrük Hospitalında yeni növ narkotik vasitələr, psixotrop maddələr mövzusunda maarifləndirici təlim keçirilib

Bakı, 28 avqust, AZƏRTAC

Avqustun 27-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə gömrük orqanlarının rəhbər vəzifəli şəxsləri üçün “Yeni növ narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar” mövzusunda maarifləndirici təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru (t.ü.f.d), əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov təlimin mövzusunun aktual problemə - narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və onun yaratdığı problemlərə həsr olunduğunu bildirib. İdarə rəisi Ceyhun Məmmədov narkotik vasitələrin yayılmasına qarşı gömrük işçilərinin apardığı mübarizədə gömrükçülər arasında bu mövzuda maarifləndirmə işinin aparılmasının böyük əhəmiyyət daşıdığını qeyd edib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru ( t.ü.f.d) dosent, tibb xidməti polkovnik-leytenantı İsmayıl Əfəndiyev tədbirin rəsmi açılış hissəsində çıxış edərək yeni növ narkotik vasitələr və psixotrop maddələr mövzusunun geniş olduğunu vurğulayıb, təlimdə müzakirə edilən mövzuların təlim iştirakçıları tərəfindən təmsil etdikləri qurumlarda, iş yerlərində insanlara çatdırılacağına ümidvar olduğunu bildirib.

Sonra rəis müavini İsmayıl Əfəndiyev “Ənənəvi və yeni narkotik vasitələr, psixotrop maddələr və hallüsinogenlər: müasir dünyanın qlobal problemi” mövzusunda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının həkim-psixiatrı, tibb üzrə fəlsəfə doktoru (t.ü.f.d), tibb xidməti baş leytenantı Gülay Məmmədzadə “Psixotrop preparatlar: onların riskləri və fəsadları”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, gömrük xidməti leytenantı Şəhla Mirzəzadə “Prekursorlar haqqında nələri bilməliyik?” və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, gömrük xidməti kapitanı Azad Əhmədov “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzusunda təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, təlim iştirakçılarının mövzu ilə bağlı biliklərinin yoxlanılması, məlumatların mənimsənilməsi səviyyəsini müəyyən etmək üçün pre-test və pro-test keçirilib.

Təlim sual-cavab və maraqlı müzakirələr ilə başa çatıb.

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi

Dilarə Zamanova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
2
azertag.az

3Mənbələr