AZ

Zaqatalada narkokuryer ƏLƏ KEÇDİ

Zaqatalada doqquz kiloqram narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan bildirilib.

Vurğulanıb ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 30 yaşlı Mirtalib Əşrəfov saxlanılıb. Ondan 9 kiloqram marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
oxu.az

1Mənbələr