AZ

Zərif istefa ərizəsini geri götürüb

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə qayıtdığını elan edib. Zərif “X” platformasında verdiyi açıqlamada “Prezidentin müdrik təqibindən və məsləhətləşmələrindən, yazılı göstərişlərindən, xalqın dəstəyinə ümid edərək”, – qərar verdiyini bildirib.

Zərif islahatçı prezident Məsud Pezeşkianın yeni kabinetini parlamentə təqdim etməsindən bir neçə saat sonra İranın strateji məsələlər üzrə vitse-prezidenti vəzifəsindən istefa verdiyini açıqlamışdı. Zərifin istefasını geri götürmək qərarını İran lideri Əli Xamneyinin Pezeşkianı və onun hökumət üzvlərini qəbul edərək onlara “Planlarımız üçün ümidimizi düşmənə bağlamamalıyıq. Düşmənlərin razılığını gözləməməliyik. Bəzi hallarda eyni düşmənlə dialoqa zidd deyil. Bunun üçün heç bir maneə yoxdur” deyib və xəbərdarlıq edib: “Düşmənə inanmayın”. O, həmçinin bildirib ki, ölkəsi “dünya və region ölkələrinə təsir etmək imkanına malikdir və bu, bizim imkanlarımızdan biridir”, ­– deməsindən sonra verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
vaxt.az

1Mənbələr