AZ

“İki dəfə şər atıblar ki, ailə dağıtmısan” - FOTOLAR

"Hər zaman ailə qurmaq, ana olmaq, sakit yaşamaq arzusunda idim. Mənə ən çox toxunan və yandıran söz "ailə dağıtmışam" iddiası olub. İki dəfə bu şər və böhtanın altında qalmışam. Bunu necə sübut edim? Hər şeyi elə qurub, qoşurlar ki, insanları da qınamaq olmur. Onlar da yazılanlara inanırlar. Hətta sübutu da göstərirsən, hər şeyi də izah edirsən, amma sənə inanmırlar. Onlara bu şaiyələrə inanmaq xoşdur".

Bakıvaxtı.az olay-a istinadən bildirir ki, bu sözləri model və bloger Raziyyat Əliyeva (Razi) Fidan Mustafayevanın yutub proqramında deyib. 

Razi onu şərləyən insanlara qarğış edib:

"Kim kimi şərləyirsə, o insan da nə zamansa şərin altında qalacaq. İstəyirəm ki, onlar da şərlərin altında qalsınlar. Necə ki, onlar məni şərləyirlər. Əvəz-əvəz".

R.Əliyeva bildirib ki, onun Nicat adlı bəylə ailə qurması cəmiyyət tərəfindən saxta evlilik kimi qələmə verilib: 

"Məni yandıran ikinci məsələ isə... Mən ərə gedəndə mənə yazırdılar ki, o oğlan "prokatdır", şoudur. Sübut edə bilmirdim ki, bunlar hamısı yalandır. İnsanlara necə sübut edim ki, həyat yoldaşımla 12 ildir ki, bir-birimizi tanıyırıq. Ərim məni 16 yaşımdan sevib. O zamanlar instaqram yox idi və bizim münasibətimiz o zaman alınmamışdı. Şəkillərimiz də, videomuz da yoxdur ki, onları üzə çıxarım və bu məqamları insanlara göstərərək sübut edim. Bu mövzuları öz axarına buraxdım. Bu mövzu tək mənə aid olmadığı üçün bir az pis olmuşdum. Həyat yoldaşımın anası, babası və ailəsi var. Bu kimi xoşagəlməz məqamlarla onlar da qarşılaşdılar. Buna görə çox pis olmuşdum".

"Evlilik həyatından xoşbəxtsən" sualına Razinin cavabı belə olub:

"Bəzən xoşbəxtəm, bəzən isə yox. Ümumi olaraq xoşbəxtəm. Desəm ki, xoşbəxt deyiləm naşükürlük olar".

Seçilən
97
50
bakivaxti.az

10Mənbələr