AZ

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Masallı rayonu Köhnə Alvadı kəndində keçirib. Açıq havasa keçirilən görüş böyük seçici fəallığı ilə baş tutub. Deputatlığa namizədi böyük sevgi ilə qarşılayan kənd camaatı onnun ziyalı, alim, millət vəkili kimi hər zaman  ədalətlilik və xalqın mənafeyindən çıxış etdiyini deyib.  Daha sonra görüşdə çıxış edən F.İbrahimli bu gün dünya siyasi müstəvisində xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb. Görüş zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri qeydə alıb. Tədbirdə çıxış edən Fərhad Bağırov, Məmmədəli Ənnağıyev, Ramazan Qurbanov, Cabir Qasımov, Ramazan Qurbanov 1 sentyabr 2024 – ci il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirib. Short URL: https://www.cumhuriyyet.net/?p=203324

Seçilən
159
4
cumhuriyyet.net

6Mənbələr