"Yuventus"un futbolçusu Federiko Kyezanın "Liverpul"a keçidi dəqiqləşib
QOL.az "Mirror"a istinadən xəbər verir ki, italyalı vinger artıq İngiltərəyə yola düşüb.
"Liverpul" 26 yaşlı yarımmüdafiəçi üçün "Yuventus"a 13 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə yeni klubu ilə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, İtaliya millisinin üzvü 2020-ci ildən çıxış etdiyi Turin təmsilçisinin heyətində 131 rəsmi matçda 32 qol vurub və 23 məhsuldar ötürmə edib.