2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonunun Uğurbəyli və Otuzikilər kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Azərbaycan demokratik dövlətdir və ölkəmizdə bütün seçkilər demokratik prinsiplər əsasında keçirilir. Qarşıdan gələn parlament seçkiləri də demokratiyanın növbəti nümunəsi olacaq.
Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev Yeni Azərbaycan Partiyasının bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə məqsədyönlü fəaliyyətini inamla davam etdirəcəyini, qarşıda duran milli hədəfləri reallaşdıraraq Azərbaycanın inkişafına layiqli töhfələr verəcəyini ifadə edib.
Görüşlərdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Məhərrəm Şəfiyev, şəhid anası Mehparə Qəribova çıxış edərək seçiciləri xalqın rifahına səs verməyə çağırıb.
Çıxış edən seçicilər Uğurbəyli kəndindən Afəddin Hüseynov, Əjdər Qasımov, şəhid atası Bərxudar Rüstəmov, şəhid anası Sədaqət Bərxudarova, Otuzikilər kəndindən Minayə Qurbanova, Şamama Eyvazova, şəhid anası Cəmalə Mehbalıyeva Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, deputatlığa namizəd Xanlar Fətiyev seçicilərlə fərdi görüşlər də keçirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta