AZ

Son 6 ayda sürücülük hüququndan məhrum edilənlərin sayı AÇIQLANDI VİDEO

Altı ay ərzində 4 822 nəfər sürücülük hüququndan məhrum edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, bu ilin altı ayı ərzində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetməyə görə 6 086, avtoxuliqanlığa görə 219 fakt aşkarlanıb və tədbir görülüb. Bura həm alkoqoldan, həm də narkotik vasitələrdən istifadə nəticəsində yaranmış sərxoşluq daxildir.

Nəzərə alaq ki, bir il ərzində 20 və daha çox cərimə balı olan şəxslər sürücülük hüququnu itirir. Bununla bağlı nəqliyyat ekspertləri də xəbərdarlıq edirlər. Ərşad Hüseynov bildirir ki, son zamanlarda qəbul edilən yeni qaydalar nəticəsində sürücülük hüququndan məhrum edilənələrin sayı daha da arta bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
50
xezerxeber.az

10Mənbələr