İranda ilk dəfə qadın hökumət sözçüsü təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
İran Prezidenti Məsud Pezeşkianın təklifi ilə Fatimə Mühacirani hökumət sözçüsü təyin olunub.
O, bu postda Əli Bəhadori Cəhromini əvəzləyib. Bununla da Pezeşkianın kabinetində qadınların sayı dördə çatıb.