AZ

“Apple” rəqəmsal xidmətlər sahəsində iş yerlərini ixtisar edir

“Apple” bölmənin prioritetlərinin dəyişməsi çərçivəsində rəqəmsal xidmətlər qrupunu təxminən 100 iş yerinə qədər ixtisar etmək qərarına gəlib. 

Fins.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Artıq şirkət bu bölmənin müxtəlif komandalarında çalışan işçilərin ixtisar edilməsi barədə bildirib. 

Ən böyük ixtisarlar “Apple Books” və “Apple Bookstore” proqramlarına cavabdeh olan komandada edilib, habelə “Apple News” komandasında da ixtisarlar olub.

Mənbələrə görə, “Apple Books” onu xidmət xəttinin vacib bir hissəsi hesab etməyən şirkət üçün daha az prioritet olacaq, baxmayaraq ki, “Books” tətbiqinin zamanla yeni funksiyalar qazanacağı gözlənilir. 

Rəqəmsal xidmətlər bütövlükdə “Apple” şirkətinin son illərdə artım drayveri olub: on il əvvəlki təxminən 10 faizlə müqayisədə son maliyyə ilində satışların 22 faizindən çoxu onların payına düşüb.

Kaira Agayeva 

Fins.az

Seçilən
127
50
fins.az

10Mənbələr