AZ

Firudin Qurbanovun doğum günüdür

Bu gün Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanovun doğum günüdür. 

 

AzEdu.az xəbər verir ki, o, 29 avqust 1952-ci ildə Azərbaycan SSR-in Ağsu rayonunda anadan olub. 

 

Bakı şəhərində orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma" fakültəsinə qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1975-ci illərdə orduda xidmət edib.

 

Bir monoqrafiya və 60-dan çox elmi əsərlərin müəllifidir.

 

25 iyun 2011-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

 

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilmişdir.

 

06 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 

 

Firudin Qurbanov AzEdu.az Təhsil Portalı tərəfindən 2024-cü ildə "Dövlət Təhsil Siyasətinin həyata keçirilməsində xidmətlərinə görə" “Firidun bəy Köçərli” mükafatına layiq görülüb.

 

Evlidir, 2 övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
azedu.az

1Mənbələr