AZ

“Elmimizin, elimizin ağır itkisi...”- Boran Əziz

“Ey böyük yol yolçusu olan Vətəndaş alim!..Ona əminik ki, bütün vicdanlı insanların
yaddaşında Sən örnək olacaq bir Şəxsiyyət kimi qalacaqsan...”
 
“...Son dövrlərdə regionumuzda, dünyada gedən proseslərdən də hədsiz dərəcədə
rahatsız idi. Vətənimizin, dövlətimizin nicatı üçün böyük siyasi öndər
Məhəmməd Əmin Rəsulzadə yolunun yeganə düzgün yol olduğunu onun irsindən gətirdiyi misallarla sübut etməyə çalışırdı...”
 
Nəsiman Yaqublu ilə bağlı kədərli xəbəri eşidəndən sonra bir müddət nə
danışmağa, nə də fikir bildirməyə gücüm çatmadı...
 
30 ildən çox sirdaşlıq elədiyim dostumun, iş və yol yoldaşımın, gecə-gündüz
bilmədən fədakarçasına çalışan vicdanlı alimin yoxluğuna inanmaq necə çətin,
əzablı bir yaşam imiş, ilahi!..
 
Nəsiman bəy “Ordu” qəzetindəki müxbirlikdən Bakı Dövlət Universitetinin
professorluğuna qədər əzablı, çətin, ancaq şərəfli bir ömür sürdü. İnsanlığa, ziyalıya,
alimə yaraşan bu ömür, xüsusilə gənc nəslə nümunə olacaq bir yaşam...
 
Nəsiman bəy etnik millətçiliyi qəbul etmirdi. Bununla bərabər, millətini bütün
varlığı ilə sevir, Türk olmağı ilə həmişə qürur duyurdu. Bütov Azərbaycan, Türk
və müsəlman dünyasının yaxınlığı, birliyi onun ideallarından idi...
 
Ərazi bütövlüyümüzün təmin edilməsindən böyük qürur duyduğunu bildirsə
də, son dövrlərdə regionumuzda, dünyada gedən proseslərdən də hədsiz dərəcədə
rahatsız idi. Vətənimizin, dövlətimizin nicatı üçün böyük siyasi öndər
Məhəmməd Əmin Rəsulzadə yolunun yeganə düzgün yol olduğunu onun irsindən gətirdiyi misallarla sübut etməyə çalışırdı...
 
Qəzaya düməmişdən bir neçə gün əvvəl telefonla danışmışdıq. Nəsiman bəyin
redaktor, mənimsə müəllifi olduğum son kitabın Dilqəm Əhməd, Əkbər Nəcəf,
“Çapar” yayınlarının naşiri Yusif İlhamoğlu və başqa dostlarımızla müzakirəsinə
gələcəyini bildirmişdi. Son anda zəng vuraraq deputatlığa namizədliklə bağlı
işinin çoxluğu səbəbi ilə gələ bilməyəcəyini üzrxahlıqla bildirdi. Ancaq yaxınlarda mütləq görüşəcəyimizi söylədi. O bitirmək üsrə olduğu, mənim də redaktor olacağım M.Ə.Rəsulzadənin seçilmiş əsərlərinin növbəti çildində bəzi məsələlərin dəqiqləşdirilməsinə ehtiyac olduğu üçün onları həll edib yaxın vaxtda kitabı nəşriyyata vermək istədiyini də bildirmişdi...
 
Sonuncu üzbəüz görüşümüz avqustun əvvəllərində oldu... “ARB 24” kanalında
gələcəkdə efirə veriləcək maraqlı bir müzakirədə iştirak etdik...
 
Əziz dostum keçən əsrin doxsanıncı illərindən indiyə qədər bir neçə əsərinin
redaktoru olmağı mənə etibar etmişdi. Bəzilərinin isə rəyçisi olmuşdum.
Bu dəyərli alim yorulmadan Türkiyə, Qazaxıstan, Almaniya, Rusiya, Polşa və
başqa ölkələrin arxivlərində çalışaraq Çümhuriyyət tarixi, Rəsulzadə irsi, milli
hərəkatımızın dördüncü mərhələsini təşkil edən 1920-1991-ci illərdəki azadlıq
mücadiləsi, mühacirət və s. ilə bağlı xeyli yeni materialları elmi dövriyyəyə daxil
edərək çoxsaylı ilklərə imza atmışdı. Onun Qurucu babalarımızın irsinin
toplanması, sağ qalan ailə üzvlərinin xatirələrinin yazıya alınması sahəsindəki
fəaliyyəti də maraqla qarşılanmışdı...
 
Nəsiman Yaqublunun yoxluğu sözün gerçək mənasında Azərbaycan elminə,
təhsilinə, maarifçiliyinə ağır itkidir...
 
Bu gün Tarixşünaslığımız, Rəsulzadəşünaslığımız, milli məfkurə uğrunda
mücadilə aparan insanlarımız yorulmaq bimədən çalışan fədakar bir Vətəndaş
alimdən yaradıcığının ən məhsuldar dövründə göz yaşları ilə vidalaşmaq
məcburiyyətində qaldı...
 
Dostum Vaqif Sultanlı ilə elə bu düşüncələr içərisində, ağrılı-acılı, fərəhi də
kədər qoxuyan xatirələr işığında Səni göz yaşları, ürək ağrısı ilə yeni, əbədi
məkanına yola saldıq...
 
Ey böyük yol yolçusu olan Vətəndaş alim! Bilmədik ki,“qalanlar Sənin
yaddaşında təmiz qaldımı?” Ancaq ona əminik ki, bütün vicdanlı insanların
yaddaşında Sən örnək olacaq bir Şəxsiyyət kimi qalacaqsan...
 
Əziz dostumuz, bu düşüncədə olduğumuz üçün sənə əlvida demədik.
 
Ümidvarıq ki, hamımızın gedəcəyi məkana bizdən erkən yola düşdüyün yerdə
ruhlarımız ğörüşəcək...
 
O zaman Sənə bir ömür narahat qaldığın milli məfkurənin, müstəqilliyimizin
bəzi məsələləri haqqında məlumat verəcəyik. Buna görə sadəcə “hələlik” dedik!
Yeri gəlmişkən, Xudu müəllim bayatılarının birində deyirdi ki:
 
“Elim köməyim olsun,
Əlim köməyim olsun.
Elmə (elimə) yük olarsam,
Ölüm köməyim olsun”.
 
Ancaq məsuluyyətlə əlimizi ürəyimuzin üstünə qoyub deyə bilərik ki,
Nəsiman bəy nə elmə, nə də elimizə yük olmamışdı. Əksinə, çiyinlərini həmişə bu
ağır yükün altına qoymuşdu. O, yeni bir yükü də daşıyacağına inamla bir yola
çıxmışdı. Ancaq nə yazıqlar ki, Uca Tanrı ona və bizlərə, haqsevərlərə,
Rəsulzadəsevərlərə, bir sözlə Azərbaycan xalqına bu halı yaşamağa məcbur etdi...
 
Allah rəhmət eləsin! Məzarın nurla dolsun, əziz dost, böyük insan və alim, Nəsiman bəy!..
 
Boran Əziz
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
moderator.az

1Mənbələr