AZ

Uşağını baqajda apardı - VİDEO

Krasnoyarskda hündürmərtəbəli binaların birində yaşayan sakinlər uşağı maşında daşımağın qəribə üsulunun şahidi olublar. 

News24.az xəbər verir ki hadisənin videosunu Prospekt Mira Telegram kanalı yayıb.

Narahat olan vətəndaşlar qadının balaca qızı maşının baqajına qoyaraq oradan uzaqlaşdığını lentə alıb. Səs yazısına görə uşaq qışqırmır, oradan çıxmağa çalışmır, dinc oturur.

Video internetdə yayılandan sonra Krasnoyarsk yol polisi baş verənlərlə maraqlanıb və araşdırmalara başlanılıb. 

Verilən məlumata görə, qadın uşaqların daşınması qaydalarını pozduğuna və valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə cərimələnə bilər.

Məryəm İlhamqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
news24.az

1Mənbələr