2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin YAP Ucar rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib. Manset.az Yap.org.az-a istinadən xəbər verir ki,örüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü siyasi təşkilatıdır: “Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən bəri böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya xalqa və dövlətçiliyə layiqli xidmət edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ictimai-siyasi proseslərində mühüm rol oynayır”. Daha sonra çıxış edən deputatlığa namizəd Ramil Həsən YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Azərbaycanın daha güclü, qüdrətli bir dövlətə çevrilməsi və insanların daha yüksək rifah şəraitində yaşaması üçün səylər göstərir: “YAP-ın seçki prosesində “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı, onun gələcək fəaliyyətinin aydın ifadəsidir. Uğurlarımız biri-birini əvəz etdikcə, yeni hədəflərə yol açılır ki, bu da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir”. R.Həsən, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən və qarşıda duran hədəflərdən bəhs edərək qeyd edib. Deputatlığa namizəd əlavə edbi ki, YAP regionda həm gənclərin sayına, həm də cəmiyyətin aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir. Təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev və şəhid atası Əli Vəliyev qeyd ediblər ki, YAP cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirərək siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İlk dəfə səs verəcək seçicilər Fatimə İbrahimli, Hüseyn Mahmudov və Nəzrin Camalova 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.