AZ

Düzgün və sağlam yuxu üçün bunları edin - HƏKİMDƏN TÖVSİYƏ

Ən düzgün və sağlam yuxu mövqeyi, başınızı və boynunuzu orta hündürlükdə və sərtlikdə bir yastıqda dəstəkləyərək arxa üstə yatmaq hesab olunub. Bədənin müəyyən nahiyələrində həddindən artıq təzyiq yaratmadan onurğa sütununu təbii vəziyyətdə dəstəkləmək üçün döşək sərt və ya yarı sərt olmalıdır. 

News24.az xəbər verir ki, bu barədə Gazeta.Ru-ya nevroloq, osteopat, şiroterapist Andrey Qalkin məlumat verib.

“Bir çox insanlar hündür yastıqda yatmağı xoşlayır, amma bu, həqiqətən sağlamlığınız üçün faydalıdırmı? Yüksək bir yastıq həqiqətən bədənin vəziyyətinə mənfi təsir göstərə bilər. Baş kürəyin səviyyəsindən yüksəkdirsə, bu, qan damarlarına mənfi təsir göstərir, yuxu zamanı beyindən qan axınını pozur”, - deyə həkim bildirib.

Nəticədə boyun əzələləri sıxılır və daimi gərginlik və spazm vəziyyətində olur. Bu, səhərlər boyun sərtliyinə, baş ağrılarına, hətta xroniki dayaq-hərəkət sisteminin xəstəliklərinin inkişafına səbəb ola bilər.

“Həddindən artıq yumşaq döşək onurğaya kifayət qədər dəstək verməyə bilər ki, bu da bel ağrısına səbəb olur. Onurğanın düzgün dəstəklənməsi üçün sərt və ya yarı sərt döşəklərə üstünlük vermək daha yaxşıdır”, - deyə həkim bildirib.

Məryəm İlhamqızı


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
news24.az

1Mənbələr