AZ

Rafael Hüseynov şəhidlər xiyabanını ziyarət edib, Qarabağ qaziləri ilə görüşüb

63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov avqust ayının 28-də Hacıqabul şəhər Mədəniyyət Mərkəzində Qarabağ qaziləri, şəhid ailələrinin təmsilçiləri və müharibə veteranları ilə görüşdən sonra onlarla bidgə şəhid məzarlarının ziyarətinə yollanmışlar.
Əvvəlcə Hacıqabul şəhərindəki Şəhidlər Xiyabanı ziyarət edilmişdir.
Rafael Hüseynov Şəhidlər Xiyabanının girəcəyində ucaldılmış və 1941-1945-ci il müharibəsində, 1918-ci ilin martında ermənilərin törətdikləri soyqırımlarda, Qarabağda torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində qəhrəmanlıqlar göstərmiş azərbaycanlıların xatirəsinə həsr edilən abidə kompleksinə çiçəklər düzmüşdür. Şəhid məzarları bir-bir ziyarət edildikcə onlarla növbəti görüşə gəlmiş qazilər keçmiş cəhbə yoldaşları ilə bağlı xatirələrini söyləmişlər.
Daha sonra Birinci və İkinci Qarabağ savaşında hacıqabulluların göstərdiyi şücaətlərdən, böyük zəfərimizə hacıqabullu cavanların qanları və canları ilə atdığı müqəddəs imzadan bəhs edən Rafael Hüseynov onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə etmişdir. Birinci və İiknci Qarabağ müharibəsində hacıqabulluların göstərdiyi rəşadətin tarixindən, böyük zəfərimizə bu rayonun verdiyi töhfələrdən bəhs edən Rafael Hüseynov torpaqlarımızın düşmən tapdağından azad olunmasını millətin vüqar və ləyaqətinin yüksəlməsinə xidmət edən misilsiz hadisə olduğunu söyləmişdir.
Birinci Qarabağ savaşında 192, İkinci Qarabağ müharibəsində 24 şəhid verən Hacıqabulun Vətən torpaqlarının işğaldan qurtarmasında canını fəda etmiş igidlərin xatirəsinin həmişə uca tutduğunu deyən Rafael Hüseynov qələbəmizdə qazilərin də əvəzsiz payı olduğunu vurğulamışdır.
İkinci Qarabağ savaşında Hacıqabuldan 700 əsgər və zabitin iştirak etdiyini bildirən natiq onların hər birinin bu tarixi zəfərdə özünəməxsus payı olduğunu diqqətə çatdırmışdır.
Çoxsaylı sualları cavablandıran Rafael Hüseynov şəhid ailələri və qazilərin daim dövlətin xüsusi diqqətində olduğunu, bundan sonra da onların problemlərinin həllinə həmişə dəstək göstəriləcəyini bəyan etmişdir.Short URL: https://www.cumhuriyyet.net/?p=203339

Seçilən
157
22
cumhuriyyet.net

10Mənbələr