AZ

Türkiyəyə məxsus PUA vuruldu

İraqda Türkiyəyə məxsus PUA vurulub.

News365.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, İraqın hava hücumundan müdafiə sistemləri Kərkük şəhəri yaxınlığında pilotsuz uçan aparatı vurub.

Kərkükün şəhər mərkəzinə düşən İHA-nın bəzi evlərdə yanğına səbəb olduğu, lakin yanğının nəzarət altına alındığı və hər hansı can itkisi və ya xəsarət alanların olmadığı bildirilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
21
news365.az

10Mənbələr