AZ

İDF səhra komandirini və dörd radikalı məhv etdi

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Tulkarm şəhərində məsciddə gizlənən 5 silahlı radikalı, o cümlədən Nur Şəms fələstinli qaçqın düşərgəsindən yaraqlıların səhra komandirini öldürüb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, ləğv edilmiş səhra komandiri Məhəmməd Cabber “Nur Şəmsdəki terror şəbəkəsinin başçısı” olub və “çoxsaylı terror aktlarında iştirak edib”. Mətbuat xidməti əlavə edib ki, daha bir radikal saxlanılıb.

Ordu əməliyyat zamanı bir İsrail Sərhəd Polisinin də yaralandığını bildirib. O, müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Oxuməni.az

Seçilən
112
oxumeni.az

1Mənbələr