AZ

Şamil Ənvəroğlunun Türkiyədə kitabı dərc olundu

Tanınmış şair, istedadlı qələm sahibi Şamil Ənvəroğlunun Türkiyədə kitabı nəşr olunub.

Hit.az-a açıqlama verən şair bildirib ki, "Hələ yaşamağa zamanımız var" adlı şeirlər kitabı “Vapur” yayım evi tərəfindən nəşr edilib:

“Təklif nəşriyyatdan gəldi. Onlar bundan öncə də mənim sosial şəbəkə hesabımdan şeirlərimi götürüb, dərc edirdilər. Bildirdilər ki,  sərbəst şeirlərimi çox bəyəniblər və bunu toplu şəkildə dərc etmək istəyiblər. Özləri bu kitabın təqdimatını təşkil edəcəklər. Sentyabr ayının 1-də kitab satışa çıxdıqdan sonra böyük təqdimat mərasimi keçiriləcək. Bilet, yol xərcləri hamısını nəşriyyat öz üzərinə götürüb. Bildirdilər ki, istedada dəyər verilməlidir və onlar bunu mənim üçün etmək istəyirlər. Əlbəttə  sevindim. Türkiyədə ortabab bir şair, yazıçı bir kitabının pulu ilə 2 il normal yaşaya bilir. Heyf ki, bizdə bu imkanlar yaradılmır".

Xatırladaq ki, Şamil Ənvəroğlunun bundan öncə 3 kitabı işıq üzü görüb.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
hit.az

1Mənbələr