AZ

Türkiyə F-35 üçün S-400-dən çıxmağa razıdır

Amerika, Rusiyadan S-400 sistemlərini aldığına görə, Türkiyə F-35 tədarük proqramına qayıtmaq istəyir.

Fins.az xəbər verir ki, Türkiyə Yunanıstan aviasiyası üzərində üstünlük əldə etmək üçün ABŞ-dan yeni nəsil F-35 qırıcıları almaq istəyir. Rəsmi Ankara Vaşinqtonu döyüş təyyarələrinin satışı müqabilində komplekslərdən istifadə etməyəcəyi barədə məlumatlandırıb.

Qəzetin yazdığına görə, F-35-lərin tədarükü proqramına qayıtmaqla bağlı danışıqlar zamanı Türkiyə Amerika tərəfinə Rusiyadan əvvəllər aldığı S-400 hava hücumundan müdafiə sistemlərini işə salmamağı təklif edib: “Onları qutulara qoyaq, siz də onları yoxlayın."

Nəşr yazır ki, Rusiyadan 2,5 milyard dollara alınan komplekslər hələ də Türkiyədəki anbarlarda saxlanılır.

Kaira Agayeva 

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
38
fins.az

10Mənbələr