AZ

Qvardioladan möhtəşəm jest: Onlara sərvət payladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola nəcib hərəkəti ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, 53 yaşlı Qvardiola klubun bazasında əsas komanda üçün çalışan bütün heyətə hədiyyə verib. Onların hər biri məşqçidən 10 min funt sterlinq alıb.

Bazada aşpazlar, fizioterapevtlər, baristalar, mühafizə işçiləri və avadanlıq menecerləri də daxil olmaqla 60-70 nəfərin çalışdığı iddia edilir.

Qvardiola daim komanda birliyini əsas tutur. O, heyətlə oyunçular arasında ünsiyyəti təşviq etməyə çalışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
publika.az

1Mənbələr