AZ

Reklam lövhəsinin arxasında gizlənən nişan sürücülərin cərimələnməsinə səbəb olur - VİDEO

Masazır qəsəbəsində düzgün yerə quraşdırılmayan yol nişanı sürücülərin cərimələnməsinə səbəb olur. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib.

O bilidirir ki, sözügedən yol nişanı Əliağa Vahid küçəsində quraşdırılıb: "Masazır dairəsindən üzü "Qurtuluş 93" yaşayış kompleksi istiqamətinə gedən yolun üzərində yerləşən supermarketin dayanacağında giriş qadağandır nişanı düzgün quraşdırılmayıb. Qanunvericilikdə qeyd olunub ki, giriş qadağandır nişanı duracağın çıxış hissəsindən girişi qadağan etmək üçün istifadə edilə bilər. Bu zaman nişanın üzü duracağa tərəf deyil, yola tərəf olmalıdır. Duracaqdan yola girişi qadağan etmək sadəcə absurddur. Üstəlik nişan reklam lövhəsinin arxasında gizləndiyi üçün sürücülər onu görə bilmirlər. Bu səbəbdən gün ərzində onlarla sürücü burada günahsız yerə cərimə olunur" - deyə oxucu bildirib.

Ümid edirik ki, aidiyyəti qurumlar sözügedən ünvanda ərazini müayinə edəcək və yaranmış nöqsanı aradan qaldıracaq.

 

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
avtosfer.az

2Mənbələr