AZ

Macarıstan Rusiya ərazilərinin bombalanmasını istəmir...

Macarıstan Brüsseldə Ukraynanın uzunməsafəli silahlarla Rusiyanın ərazilərinə zərbələr endirilməsinin əleyhinə çıxış edıcək. Bu barədə bəyan edən xarici işlər və xarici ticarət naziri Peter Siyarto qeyd edib ki, bu münaüşənin uzanmasına ciddi təsir göstərə bilər.

 "Əgər Rusiya ərazilərinə uzaqməsafəli silahlardan zərbələr endirilərsə, vəziyyətin təhlükəli hal alması üaçılmaz olacaq və müharibə daha ciddi hal alacaq. Biz bunu istəmirik, ona görə də, Brüsseldə sülh mövqeyi tutacağıq"-deyə diplomat bildirib.

 Macarlstanın xarici işlər naziri deyəsən artıq üç ilə yaxındır Ukrayna ərazilərində qanlı müharibə getdiyindən, Ukraynanın üçdə-bir ərazisinin Rusiya tərəfindən işğal olunmadından, şəhər və kəndlərinin altının üstünə çevrilməsindən, ölkənin bütün infrastrukturlarının dağıdılmasından, Rusiya hərbi qüvvələrinin kütləvi bombardımanları nəticəsində yüz minlərlə insanın həlak olmasından, milyonlarla ukraynalının doğma totpaqlarından didərgin düşməsindən xəbəri yox imiş, indi xəbər tutub. 

  Rüstəm Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
adalet.az

1Mənbələr