AZ

Aydın Hüseynovun seçicilərlə görüşləri davam edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Ümid qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlardan danışıb.

Çıxış edən deputatlığa namizəd Aydın Hüseynov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.  Namizəd bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən partiyanın gücünü xalqın dəstəyindən aldığını deyib.

A.Hüseynov çıxışında seçiciləri parlament seçkilərində səsvermə hüquqlarından istifadə edərək fəal olmağa çağırıb.

Təşviqat qrupunun üzvləri Hacı İrzababa İbrahimov, Zöhrab Babayev, Etibar Seyidov, seçici Məmməd Əliyev və digərləri çıxış edərək YAP-ın xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
xalq.az

1Mənbələr