AZ

Dünyanın ən yaxşı hava əlaqəsi olan hava limanları - İstanbul birincidir

İstanbulun (Türkiyə) beynəlxalq hava limanı dünyada ən yaxşı bağlı hava limanı kimi tanınıb. Hazırda buradan dünya üzrə ümumilikdə 309 reys  keçir.

Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, bunu əməkdaşları 2024-cü ilin yanvar-iyun ayları arasında hər bir aviasiya qovşağının neçə hava limanını birləşdirdiyini hesablayan "Cirium" şirkətinin təhlilindən əldə edilən məlumatlar sübut edir.

İkinci, üçüncü və dördüncü yerləri Avropanın üç əsas kontinental qovşağı tutur: Almaniyadakı Frankfurt-Mayn (296 istiqamət), Fransanın paytaxtı Parisdəki "Şarl de Qoll" (282 istiqamət) və Niderladın paytaxtı Amsterdamdakı "Schiphol" ( 270 istiqamət) limanları.

Dubay Hava Limanı (BƏƏ) 269 istiqamətlə 6-cı yerdə qərarlaşıb. 7-9-cu yerləri Dallas-Fort Uort (ABŞ), Şanxay-Pudong (Çin) və Atlanta (ABŞ) tutur. İlk onluğa daxil olan digər bir Avropa hava limanı 234 istiqamətə uçuşç olan "Romanın Fiumicino" (İtaliya) hava limanıdır. 

Qeyd edək ki, yeni İstanbul hava limanı 29 oktyabr 2018-ci ildə istifadəyə verilib. Aeroport daha kiçik Atatürk hava limanını əvəz etmək üçün tikilib. 2023-cü ilin yanvar ayında İstanbul hava limanı 34 km uzunluğunda və yeddi stansiyası olan yeni M11 metro xətti ilə şəhərlə birbaşa əlaqə əldə edib.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
35
qaynarinfo.az

10Mənbələr