AZ

MSK sədri Türk Dövlətləri Təşkilatının nümayəndə heyəti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Avqustun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri MəzahirPənahov Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçünölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatı Baş katibininmüavini Ömer Kocamanın başçılıq etdiyi nümayəndə heyəti iləgörüşüb.

Trend xəbər verir ki, sədr M.Pənahov görüşdən və Türk DövlətləriTəşkilatının qarşıdan gələn seçkilərdə müşahidəçilik missiyasıhəyata keçirməyindən məmnunluğunu ifadə edib.

O, Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suverenərazilərində keçiriləcəyini, bütün seçki iştirakçılarına hərtərəflişərait və geniş imkanlar təmin olunduğunu bildirib. MSK sədri qeydedib ki, işğaldan azad olunmuş ərazilərdə seçkilərin yüksəksəviyyədə hazırlanıb keçirilməsi xüsusi diqqət mərkəzindəsaxlanılıb, həmin ərazilərdə səsvermə hüququna malik 42 mindənartıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün54 seçki məntəqəsi yaradılıb.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer KocamanMSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünübildirib, Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdənşad olduqlarını deyib və prosesləri fəal şəkildə müşahidəedəcəklərini vurğulayıb. Beynəlxalq müşahidəçilər, həmçinin MilliMəclisə seçkilərə hazırlıq istiqamətində görülmüş işlərləmaraqlanıblar.

MSK sədri seçkilərin geniş aşkarlıq mühitində azad və ədalətlikeçirilməsi məqsədilə gerçəkləşdirilən irimiqyaslı layihələr barədəməlumat verib. M.Pənahov bildirib ki, Milli Məclisə seçkilərdə 990namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatıüçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb.O, eyni zamanda diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçiqoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçkiməntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələbolunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kameraquraşdırılıb. Komissiya sədri ölkədəki siyasi partiyaların vəvətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsindəxüsusilə fəallıq göstərdiyini və çoxsaylı müşahidəçiləri iləproseslərin müşahidəsinə qatıldıqlarını vurğulayıb.

Ətraflı məlumat üçün minnətdarlığını bildirən nümayəndəheyətinin üzvləri qarşıdan gələn seçkilərdə MSK-ya müvəffəqiyyətlərarzulayıb, seçkilərin xalqımız üçün xeyirli və uğurlu olmasınıdiləyiblər.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlərətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

MSK
MSK
MSK
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
37
az.trend.az

3Mənbələr