AZ

Türkiyə ilə İraq arasında terrorla mübarizədə ortaq iradə var

Bakı, TurkicWorld

Türkiyə ilə İraq arasında terrorla mübarizədə ortaq iradə var.

TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Kərkükdəki insidentin işıqlandırılması üçün İraq rəsmiləri ilə koordinasiya qurulduğunu açıqlayıb.

Türkiyə XİN sözçüsü Öncü Keçeli Türkiyənin özünümüdafiə hüququna uyğun olaraq İraq torpaqlarında terror təşkilatına qarşı mübarizəsini davam etdirdiyinə diqqət çəkib.

"Hadisənin təfərrüatlı şəkildə aydınlaşdırılması üçün İraq səlahiyyətliləri ilə koordinasiya əldə edildi. Türkiyənin terrorla mübarizədə qətiyyəti tamdır. Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsində yer alan özünümüdafiə prinsipinə uyğun olaraq İraq ərazisində məskunlaşmış terror təşkilatına qarşı mübarizəsini davam etdirir” – deyə o qeyd edib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
turkic.world

1Mənbələr