AZ

Qlobal neft təchizatı ilə bağlı narahatlıqlar artdıqca qiymət yüksəlir

Bu gün (cümə) neft qiymətləri Yaxın Şərqdəki təchizat narahatlıqlarını investorlar dəyərləndirdikcə bir qədər yüksəlib, lakin zəifləyən tələbin əlamətləri bu artımın qarşısında əsas əngəldir.

Banker.az xəbər verir ki, cümə günü Bakı vaxtı ilə 08:10-da Brent xam neftinin oktyabr fyuçersləri, hansılar ki, həmin gün bitir, bir barel üçün 23 sent, və ya 0.3% artaraq $80.17-ə çatdı. Daha aktiv ticarət olunan noyabr müqaviləsi isə 20 sent, və ya 0.2% artaraq $79.02-ə yüksəlib. ABŞ-ın WTI xam neft fyuçersləri isə 18 sent, və ya 0.2% artaraq $76.09-a qalxdı.

Hər iki bençmark cümə axşamı günü təchizat narahatlıqlarına görə $1-dən çox artdı və həftə ərzində müvafiq olaraq 1.5% və 1.7% yüksəldi.

Liviyadakı təchizatın azalması ilə bağlı davam edən narahatlıqları və İraqın istehsalı azaltmaq planları ümumilikdə qlobal təchizata təsir göstərəcə bilər. Bununla belə, dünyada xam neftin ən böyük idxalçısı olan Çin zəif iqtisadi perspektivi neft tələbinə davamlı maneə olaraq qalıb.

Dünən Liviyanın neft istehsalının yarısından çoxu, yəni gündəlik təxminən 700 000 barel dayandırıldı və müxalif siyasi qruplar arasında baş verən gərginlikdən sonra bir neçə limanda ixracat dayandırıldı.

Konsaltinq şirkəti “Rapidan Energy Group” Reuters agentliyinə bildirib ki,  Liviyanın istehsal itkisi gündəlik 900 000 ilə 1 milyon barel arasında ola bilər və bir neçə həftə davam edə bilər.

Bu arada, İraqın təchizatının da azalacağı gözlənilir, çünki ölkənin hasilatı OPEC+ kvotasını keçib, birbaşa məsələdən xəbərdar olan bir mənbə dünən Reuters-ə bildirib.

İraq gələn ay neft hasilatını 3.85 milyon və 3.9 milyon barel arasında azaltmağı planlaşdırır.

Brent və WTI, bununla belə, avqust ayında 0.7% və 2.3% azalma istiqamətindədir və bu, onların ardıcıl ikinci aylıq enişləridir.

Tələblə bağlı narahatlıqlar bazarda öz təsirini göstərməyə davam edir. Belə ki, buna səbəb ABŞ inventar məlumatları 23 avqust tarixində bitən həftə üçün gözləniləndən təxminən üçdə bir az olan neft ehtiyatlarının azalmasını göstərməsidir.

“Bazar orta müddətli perspektivdən narahatdır, 2025-ci il üçün neft balansları zəif görünür,”- deyə, “ANZ” analitikləri qeyd edirlər. “Biz hesab edirik ki, OPEC daha yüksək qiymətlər istəyirsə, könüllü istehsalın azaldılmasının mərhələli dayandırılmasını gecikdirməkdən başqa çarəsi qalmayacaq”.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri, OPEC+ alyansı, könüllü istehsalın azaldılmasını 2024-cü ilin oktyabr ayından 2025-ci ilin sentyabr ayına qədər bir il ərzində mərhələli şəkildə dayandırmağı planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
banker.az

1Mənbələr