AZ

Xaricə elektron kitab satışı üçün vergi öhdəlikləri

Elektron kitab yazıb onlayn olaraq bəzi xarici səhifələrdə satış etmək istəyirəm. Fərdi sahibkar kimi qeydiyyata düşmədən satış edə bilərəm? Fərdi sahibkar kimi və sahibkar olmadan əldə edəcəyim gəlirlərdən nə qədər vergi öhdəliyim olacaq?

İqtisadiyyar Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi ödəyicisinin bütün gəlirləri dedikdə, onun həm Azərbaycan Respublikasında, həm də Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri nəzərdə tutulur.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və sahibkarlıq fəaliyyətinə başladığınız günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyiniz gəlirdən vergini dövlət büdcəsinə ödəməlisiniz.

DVX-dən onu da bildiriblər ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 33.4-cü, 58.2-ci, 96.1-ci, 127-ci maddələri.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
vergiler.az

10Mənbələr