İranın tanınmış qadın rejissoru Rəxşan Bənietemad və məşhur aktrisa Baran Kövsəri məcburi hicab qaydalarına riayət etmədikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.
Moderator.az lent.az-a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Yeni filmlərdən birinin təqdimat mərasiminə baş örtüyü olmadan qatılan rejissor və aktrisaya Tehran Prokurorluğunda cinayət işi açılıb.