AZ

Donald Tramp sənətçilərin hədəfindədir - "Mahnılarımızdan istifadə etməyin"

Əvvəllər seçki kampaniyalarında məşhur musiqiçilərin mahnılarından icazəsiz istifadə etdiyi üçün tənqidlərə məruz qalan prezidentliyə namizəd Donald Tramp indi də ABBA qrupunun hədəfinə çevrilib.

Kulis.az xəbər verir ki, qrup mahnılarının son mitinqdə icazəsiz istifadə edildiyini anladıqdan sonra Trampdan prezident seçkilərində onların musiqilərindən istifadəni dayandırmağı tələb edib.

Qrupun nümayəndəsi CNN-ə açıqlamasında deyib:

"ABBA bu yaxınlarda Trampın tədbirində onların musiqi və videolarının icazəsiz istifadə edildiyini internetdə yerləşdirilən videolar vasitəsilə öyrəndi. Nəticədə, ABBA və onun nümayəndəsi bu cür məzmunun dərhal silinməsini tələb etdi. Qarşı tərəfdən təşəbbüs olmadığına görə, icazə və ya lisenziya verilmədi".

Trampın komandasının da cavabı gecikməyib:

"BMI və ASCAP ilə bağladığımız müqaviləyə görə ABBA-nın musiqisindən istifadə etməyə icazəmiz var”.

Daha sonra "Foo Fighters" qrupu da "My Hero" mahnısının icazəsiz istifadə edildiyini iddia edib.

"Foo Fighters" nümayəndəsi Variety-ə bildirib ki, qrup bu hərəkəti bəyənməyib:

"Qrupdan icazə alınmayıb və onlar istəsəydilər də icazə verməzdilər.

Bununla belə, Trampın sözçüsü Steven Çeung mahnının istifadəsi üçün icazə aldıqlarını deyib:

"Mahnıdan istifadə etmək icazəmiz var".

Ülvi Bahadır

Seçilən
92
kulis.az

1Mənbələr