AZ

Xarici ölkə vətəndaşları işğaldan azad olunan ərazilərə necə səfər edə bilər?

Azərbaycan vətəndaşları işğaldan azad edilən bölgələrə "Yolumuz Qarabağa" portalından qeydiyyatdan keçərək səfər etmək imkanına malikdir. Bununla yanaşı, Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi səfərlərinin həyata keçirilməsi asanlaşdırılmışdır. Belə ki, fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə, həmçinin bu ildən etibarən artıq Laçın şəhərinə də səfər edilməsi mümkündür. Vətəndaşlar səfər üçün icazəni “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər.

Bəs Qarabağa xarici turistlər necə səfər edə bilər?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Operativ Media"ya məlumat verildi ki, "Yolumuz Qarabağa" portalından yalnız Azərbaycan pasportuna sahib vətəndaşlar yararlana bilər:

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müntəzəm avtobus marşrutları ilə vətəndaşların işğaldan azad olunmuş ərazilərə səfərlərini təşkil edir. "Yolumuz Qarabağa" portalından yalnız Azərbaycan pasportuna sahib vətəndaşlar yararlana bilir".

Dövlət Turizm Agentliyi xarici turistlərin Qarabağa səfərinin necə aparılması məsələsinə aydınlıq gətirib:

Agentlikdən bildirilib ki, Şuşa şəhəri və ətraf turizm ərazilərinə turların təşkili üzrə tur proqramları əsasında hazırda turistlərin səfərləri həyata keçirilməkdədir:

Şuşa və Laçın şəhərləri, habelə Suqovuşan qəsəbəsi keçən ildən etibarən turist qəbuluna başlamışdır. Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış Şuşa şəhəri və ətraf turizm ərazilərinə turların təşkili üzrə tur proqramları əsasında hazırda turistlərin səfərləri həyata keçirilməkdədir. Şuşa turist səfərlərinin təşkili istiqamətində hazırlanmış tur proqramlara dair geniş məlumatlarla shusha.summertour.az platforması üzərindən tanış olmaq mümkündür. Bu turlarda xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
operativmedia.az

1Mənbələr