AZ

Günay Musayeva ekranlara dönür

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva idman zalından çıxarkən görüntülənib.

Milli.Az azxeber.com-a əsasən xəbər verir ki, jurnalistlərə açıqlama verən Musayeva fit bədən quruluşunu saxlamaq üçün nələr etdiyindən danışıb.
 
"Həftənin beş günü idman etməyə çalışıram. İstanbuldayamsa, idman zalına gedirəm. Başqa yerdə olsam, öz səhər rejimim var, bunu və yoqa edirəm" deyə model bildirib.
 
38 yaşlı Musayeva tezliklə ekranlarda görünəcəyinin müjdəsini verib:
 
"Ekran və seriallar üçün çox darıxmışam. Modellik davam edəcək amma tezliklə məni ekranlarda da görəcəksiniz. Belə gözəl bədən quruluşum olandan sonra təbii ki, əsas işim modellik olaraq qalacaq. Xaricdə keyfiyyətli işlər görməyə diqqət edirəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
16
milli.az

8Mənbələr