Uşaqlıqdan serebral iflic xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq qol güləşi üzrə dünya çempionu olan Vaxtanq Axobadze Vətənə qayıdarkən, hava limanında onu heç kim qarşılamayıb. Qeyd edim ki, çempionat zamanı ona lağ edən, yuxarıdan aşağıya baxan, nifrət və kin hissi ilə süzən hər kəsə fikir vermədən öz əzm və iradəsini qələbəyə kökləyən idmançı çempion titulunu layiqincə əldə edib.
Onun gəlməsini sosial şəbəkələrdə bu kadrı görüb Gürcüstan əleyhinə fikirlər yazmaq istəyirdim. Qeyd edim ki, Onu nə federasiyadan, nə azarkeşlərdən, nə hökumətdən, nə də mediadan qarşılayan olmayıb. Bu laqeyd münasibət qısa zamanda Gürcüstanda xalqı ayağa qaldırıb. Gürcü xalqı hamılıqla bu idmançıya dəstək olmağa başlayıb. Ev, maşın, pul və yüzlərlə hədiyyə Vaxtanq Axobadzeyə təqdim edilib. Onu simasında olan ümidsizlik və kədər hissi yoxa çıxıb. Kadrlara baxıram necə sevinir bu gözəl insan.
Xalq belə olar. Dövlət görməzdən gəlirsə Xalq onu görür və əsl qiyməti verir. Bu hadisə onu göstərir ki, istənilən işdə uğur qazanmaq üçün sağlamlıq yaxud görünüş önəmli deyil. Əgər iradə və əzm varsa sən Qalibsən. Əgər yanında ədaləti xalq varsa sən iki qat qalibsən. Sevməsəm də Gürcü xalqının bu addımı ayaq üstə alqışlayıram.
dosent Zaur Əliyev
visiontv.az