AZ

Maldiv missiyasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub

Bakı. Trend:

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlamentseçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Maldiv müşahidəmissiyasının rəhbəri, Maldiv Mərkəzi Seçki Komissiyasının sədrmüavini Nashath Alinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun30-da Azərbaycan Mərkəzi Seçki Komissiyasında olub.

Trend xəbər verir ki, MərkəziSeçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov nümayəndə heyətinisentyabrın 1-də keçiriləcək seçki prosesinə hazırlıqla bağlıətraflı məlumatlandırıb.

Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinintələblərinə uyğun aparılır, seçicilərin rahat səs verə bilmələriüçün hərtərəfli lazımi şərait yaradılıb. MSK sədri nümayəndəheyətinə namizədlərin, seçicilərin, məntəqələrin sayı barədəməlumat verib. Bildirib ki, seçki günü səsvermədə iştirak edəbilməyən vətəndaşlar da diqqətdə saxlanılır və onların rahat səsverə bilmələri istiqamətində müvafiq işlər görülür vəgörüləcək.

Uzun müddətdən sonra Qarabağ və Şərqi Zəngəzur sakinlərinin özdoğma yurdlarında səs verəcəyini deyən M.Pənahov, bu ərazilərdə 42mindən yuxarı seçicinin olduğunu da diqqətə çatdırıb.

Maldiv müşahidə missiyasının rəhbəri, Maldiv Mərkəzi SeçkiKomissiyasının sədr müavini Nashath Ali ölkəmizdə olmaqdanməmnunluq duyduğunu bildirib. O, Azərbaycanda növbədənkənarparlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyinivə seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunuqeyd edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
10
az.trend.az

3Mənbələr