AZ

Qara Qarayevlə bağlı durğunluq - Neftçi" böyük məbləğdə təzminat verməyə hazırdır

Transfer pəncərəsinin bağlanması günbəgün yaxınlaşsa da, Qara Qarayevin məsələsində hələ də durğunluqdur. Təcrübəli futbolçu "Neftçi"nin əvəzedici heyətində məşq edir, oyunlara çıxır. 

Deyilənə görə, Premyer Liqanın bir neçə klubu onun xidmətində maraqlıdır. Hələ ki konkret heç nə yoxdur. Qara ətrafında baş verənlər daha çox naməlumluğa bənzəyir. Belə görünür ki, Qara özü də gələcəyi ilə bağlı qəti fikrə gəlməyib. 

Roman Qriqorçukun planlarına uyğun gəlməyən Qara Qarayevə böyük məbləğdə təzminat təklif olunub. "Neftçi" klubla hələ bir il müqaviləsi olan futbolçuya yarım ılin əməkhaqqısını ödəməyə hazırdır. Qaranın yüksək ödənişli futbolçu olduğunu nəzərə alsaq, böyük məbləğ alınır. 

Lakin Qara Qarayev pulunu son qəpiyinə kimi almayana qədər getməyəcəyini deyib. Yəni, qarşılıqlı razılığa getmək niyyətində deyil. Durğunluğun əsas səbəbi də budur. 

"Neftçi" bu məsələdə çox qınanır. Xüsusən də belə təcrübəli futbolçunun əvəzedici heyətə göndərilməsi birmənalı qarşılanmır. Amma hissləri bir kənara qoyub, məsələyə soyuq başla baxsaq, "Neftçi"nin irəli sürdüyü təklif kifayət qədər adekvatdır.

Bir illik anlaşması qalan futbolçunun müqavilə üzrə yarım illik alacağı təmin edilirsə, belə vəziyyət oyunçunun durumdan daha uduşlu çıxması kimi qəbul olunur. Çünki adətən 3 aylıq maaşla ortaq məxrəcə gəlinir. Yəni, heç kim heç kimə bir ilin maaşını verib getməsinə razılıq vermir. Məsələn, Qaspar Panadero "Qarabağ"da oxşar durumla üzləşmişdi. İspan futbolçu pulunu son qəpiyinə kimi alsa da, müqavilənin son gününə kimi aşağılarda var-gəl etmək məcburiyyətində qalmışdı. 

Transfer pəncərəsinin bağlanmasına az qalır. Sentyabrın 16-na qədər ortaq məxrəcə gəlməsələr, Qara karyerasını, "Neftçi" də pulunu hədər edəcək. 

Həmid

saytlarin hazirlanmasi

Seçilən
66
sportal.az

1Mənbələr