AZ

“Özünüzü Ukraynanın yerinə qoyun...” - Borreldən Qərb liderlərinə çağırış

Avropa Birliyinin baş diplomatı Josep Borrell Ukraynanın qərbli müttəfiqlərinə silah məhdudiyyətlərini aradan qaldırmaq üçün təzyiqi davam etdiyini bildirib. O, hesab edir ki, Kiyev hücuma məruz qaldığı əraziləri hədəf almaq hüququna malikdir.

Brüsseldə çıxış edən Borrell Rusiya torpaqlarında hədəfə alınmasına icazə verilməsinin Moskvaya qarşı açıq müharibə aparmaq anlamına gəldiyi iddiasını “absurd” adlandırıb.

“Heç kim Rusiya ilə müharibə istəmir. Ancaq özünüzü ukraynalıların yerinə qoyun, ruslar sizi çata bilməyəcəyiniz yerdən bombalayırlar. Siz bərabər imkanlarla döyüşmək istərdiniz”, - Borel deyib.

Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski dəfələrlə müttəfiqlərini qətiyyətli addımlar” atmağa və Ukraynaya Qərbin verdiyi silahlarla Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələr endirməsinə icazə verməyə çağırıb. Qərbin məhdudiyyətləri Ukraynanın Rusiya ərazisinə dərindən zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməsinə mane olur.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
azpolitika.info

1Mənbələr