AZ

Rumıniya Senatının nümayəndə heyəti Milli Məclisə seçkilərlə bağlı məlumatlandırılıb

Rumıniya

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Rumıniya Senatının müşahidə missiyasının rəhbəri Kristian-Ogustin Nuçulesku –Tagarlaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini seçki prosesinə hazırlıqla bağlı ətraflı məlumatlandıran MSK sədri seçkilərin yüksək səviyyədə keçməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb.

M.Pənahov səsvermədə altı milyondan çox seçicinin iştirak edəcəyini deyib. Bildirib ki, Azərbaycan Milli Məclisinə seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır.

Seçkilərə hazırlıq prosesinin Azərbaycan Seçki Məcəlləsinin tələblərinə və Azərbaycan Konstitusiyasına uyğun aparıldığını qeyd edən MSK sədri deyib ki, seçki günü səhhəti imkan verməyən və fiziki məhdudiyyətli vətəndaşların səsvermədə iştirak edə bilmələri üçün müvafiq şəraitin yaradılması diqqətdə saxlanılır. M.Pənahovun sözlərinə görə, seçki məntəqələrində gözdən əlil seçicilər üçün Brayl əlifbası ilə hazırlanan trafaretlərdən istifadə olunacaq. O, fiziki məhdudiyyətli seçicilər üçün məntəqələrdə pandusların quraşdırıldığını da diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini dünyanın hər yerindən veb-kameralarla izləmək mümkündür. Bunun üçün ölkə üzrə min seçki məntəqəsində kameralar quraşdırılıb.

Rumıniya Senatının müşahidə missiyasının rəhbəri Kristian-Ogustin Nuçulesku–Tagarlaş da öz növbəsində ölkəmizdə seçki prosesinə hazırlıqla bağlı öz fikirlərini bildirib.

Missiya rəhbəri Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini deyib. Əmin olduğunu bildirib ki, seçki qanunvericiliyi beynəlxalq standartlara uyğun keçiriləcək və Azərbaycanın inkişafına fayda verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
5
azertag.az

6Mənbələr