AZ

Rasim Musabəyovu 15 il təmsil etdiyi dairədə tanımadılar - VİDEOSORĞU

1 sentyabrda baş tutacaq VII çağırış Parlament seçkilərinin sonuncu təşviqat günüdür. 

Biz də Sitat.info olaraq müxtəlif dairələrdə gedən seçki prosesini işıqlandırmağa çalışdıq. Son olaraq 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsində keçirdiyimiz sorğu isə göstərdi ki, vətəndaşlar öncəki deputatlarından narazıdırlar və kampaniya dövründə belə onu görməyiblər.

Dairənin öncəki deputatı və hazırda namizəd olan Rasim Musabəyovu  demək olar ki, sorğu iştirakçılarının bir çoxu tanımadı və haqqında müsbət fikir səsləndirən də olmadı.

Məsələ ilə bağlı Rasim Musabəyovun da fikrini öyrənməyə çalışdıq ki, ötən 15 ildə seçicilərlə neçə dəfə görüşüb, hansı problemlərini həll edib, dairədə nə kimi iş aparıb. Lakin R.Musavabəyovun müxbirimizin salamına cavab vermədən birbaşa aşağılayıcı tərzdə danışması elə seçicilərin də nə dərəcədə haqlı olduğunu göstərdi.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
sitat.info

3Mənbələr