AZ

Hakan Fidan nüvə müharibəsinin başlaya biləcəyi barədə XƏBƏRDARLIQ ETDİ

Nüvə müharibəsi başlaya bilər.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ukraynada davam edən müharibənin nüvə savaşına çevrilməsi ehtimalı var.

H.Fidan, həmçinin söyləyib ki, Avropanın mərkəzində davam edən müharibə faciədir:

"Müharibənin gətirə biləcəyi növbəti riskləri təxmin etmək mümkün deyil. Ona görə də müzakirələr başlanmalıdır. Müharibənin regiona daha çox təsir etməsinin qarşısı alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
37
olaylar.az

10Mənbələr