AZ

“Kurska hücumu dəstəkləyirik” - Borrel

Xarici işlər nazirlərinin görüşü çərçivəsində bir çox Avropa Birliyi (AB) ölkəsi Ukrayna ordusunun Rusiyanın Kursk vilayətə hücumunu dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin xarici siyasət xidmətinin rəhbəri Josef Borrel bildirib.

“Ukrayna xarici işlər naziri Kuleba cəbhədəki vəziyyətlə bağlı bizə kifayət qədər yeni məlumatlar verdi. Kursk bölgəsində davam edən əməliyyata bir çox ölkələr dəstək verir. Mən də ölkələrə hərbi texnikanın tədarükünün artırılmasının vacibliyini demişəm”, - AB-nin baş diplomatı qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
2
teleqraf.com

3Mənbələr