AZ

"Çıraq" HİİB daha bir layihəni uğurla tamamladı

“Çıraq Humanitar İnkişaf və İctimai Birliyi” “Azərbaycanın gənc alimlərinin həyat və fəaliyyətinin, elmi işlərinin, yaradıcılıq əlaqələrinin və digər məlumatlarının ictimaiyyətə tanıtdırılması” layihəsini uğurla tamamlamışdır. Belə ki, 29 avqust tarixində Sabunçu Rayonu Gənclər Evində layihə çərçivəsində görülmüş işlər ictimaiyyətə təqdim olunmuşdur.

 

Qaziler.az bildirir ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti 01.06.2024 – 31.08.2023 tarixlərini əhatəetmişdir.

 

Layihə çərçivəsində hazırlanan veb-sayt: www.gencalim.az


Layihənin məqsədi elmi işləri, ideyaları, bilikləri və digər məlumatları ictimaiyyətə çatdırmağa imkan verən təşəbbüslər irəli sürərək edərək və yekunda gənclərə elm, oxumaq və inkişaf etmək ilə bağlı veb-sayt hazırlayaraq, Azərbaycanın gənc alimlərini ictimaiyyətə tanıtmaq, gəncləri oxumağa və elmi işlərə, yeni ideyalara, biliklərə yiyələnməyə təşviq etməkdən ibarətdir.

 

Layihənin benefisiar qrupu elmi işlərini, yaradıcı ideyalarını, biliklərini və digər məlumatları elmi və daha geniş ictimaiyyətə tanıtdırılmasında, bununla gənclərə töhfələr vermək marağı olan Azərbaycan alimləridir.

 

Eyni zamanda belə təşəbbüslər özünə məxsus formada bizim alimlərimizə bizim cəmiyyətimizin müxtəlif kateqoriyada fərdləri üçün xüsusi əhəmiyyəti olan maarifçilik vəzifəsinin yerinə yetirilməsini də təmin edəcək.

 

Layihənin davamlılığını məzmunu istənilən alimin elmi işləri, yaradıcı ideyaları, işlədiyi elm sahəsi üzrə bilikləri, elmi-kütləvi məqalələri, eləcə də digər aidiyyatı məlumatları olan universal məlumat forması təmin edəcək. Belə bir veb-sayt eyni zamanda özünə məxsus formada cəmiyyət üçün xüsusi əhəmiyyəti olan maarifçilik vəzifəsinin yerinə yetirilməsi mümkün olacaq.Beləlikləgənc alimlər özünü elmi və geniş ictimaiyyətə tanıtdırmaq, əlaqələrini möhkəmləndirmək, yeni tədqiqatlara cəlb olunmaq və gəncləri alimliyə səsləmək şanslarını artıracaq.

 

Qeyd etmək istərdik ki, layihə çərçivəsinda hazırlanan sayt davamlı olaraq yenilənəcək, mövcud gənc alimlərin məlumatları əlavə olunacaq, həmçinin yeni gənc alimlər haqqında məlumatlar da saytda dərc olunacaqdır.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
3
qaziler.az

4Mənbələr