AZ

TBMM nümayəndə heyəti MÜSİAD Azərbaycanı ziyarət edib

Bakı, TurkicWorld

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Nevşehir Millət Vəkili, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini xanım Filiz Kılıç, AK PARTİ Nevşehir millətvəkili Emre Çalışkan, Nevşehir Sənayeçi İşadamları Dərnəyinin (NESİAD) sədri Mustafa Ertaşın rəhbərliyi altında gələn heyət, Türkiyə Səfirliyinin baş ticarət müşavirləri Ahmet Erdal, Murat Yaman, Yakup Sefer MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.

Bu barədə TurkicWorld-a MÜSİAD-dan məlumat verilib.

Görüşdə "Bir-millət, İki dövlət" prinsipləri, ticari-iqtisadi əlaqələr, investisiya imkanları, təşviqlər və subsidiyalar, əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı MÜSİAD İdarə Heyətinin sədri Rəşad Cabirli İBF, MDB ölkələri ilə olan gömrük güzəştləri haqqında məlumat verib, ortaq mədəniyyətə sahib tək millət olan ölkələrimiz adına faydalı ola bilmək üçün birgə fəaliyyətlərin önəmini vurğulayıb.

Görüşdə Azərbaycandakı investisiyalar, iş imkanları barəsində məlumat verilib, Qarabağdakı yeni layihələr barəsində danışılıb. Daha sonra gələcək fəaliyyətlər və birlikdə edilə biləcək işlər müzakirə edilib.

Görüşün nəticəsi olaraq qonaqlar və MÜSİAD Azərbaycan üzvləri arasında işbirlikləri fəaliyyətə başlayıb.

Məlumat üçün qeyd edək ki, növbəti görüşün Nevşehirde keçirilməsi qərara alınıb.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
turkic.world

2Mənbələr