AZ

DİN: “Memar Əcəmi” stansiyasının yaxınlığında yaşayan sakinləri narahat edən hallar aradan qaldırılıb

DİN: “Memar Əcəmi” stansiyasının yaxınlığında yaşayan sakinləri narahat edən hallar aradan qaldırılıb

Paytaxtın Nəsimi rayonunda metronun Memar Əcəmi stansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib. O deyib: “Həmin ərazidə mövcud olan sanitar-epidiemoloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib. Buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb.

Polisin həmin ərazidə keçirdiyi tədbirlərə dəstək verən sakinlərə təşəkkür edirik”.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
42
ilk.az

10Mənbələr