AZ

“Memar Əcəmi“ yaxınlığındakı biabırçılıq aradan qaldırıldı

Paytaxtın Nəsimi rayonunda metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

News365.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib ki, həmin ərazidə mövcud olan sanitar-epidemioloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib:

"Buna baxmayaraq, hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədilə vətəndaşların müraciətləri nəzarətə götürülüb".


Seçilən
75
42
news365.az

10Mənbələr