AZ

Müəllimlərin işə qəbulu üçün vakansiya seçiminə nə qədər vakant yer ayrılıb? (VİDEO)

Bu gündən ümumitəhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib.


Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək.


Təhsil insitutunun şöbə müdiri Muxtar Hacıyev onu da əlavə edib ki, bu il daimi vakansiyalardan fərqli olaraq  müddətli vakansiya üçün yeni yerlər əlavə edilib.



Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 2 sentyabr saat 11:00-da başa çatacaq. Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edir.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
2
qaynarinfo.az

3Mənbələr