AZ

687 balla Bakı Ali Neft Məktəbinə daxil olan Fəridə

Astara şəhər M. Ə. Sabir adına 1 saylı tam orta məktəbinin 11-ci sinif şagirdi Fəridə Vüqar qızı Əliyeva buraxılış imtahanında yüksək nəticə göstərib. Belə ki, Ali Məktəblərə qəbul zamanı test imtahanlarda 687 bal toplayıb.

Respublikanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına əyani, dövlət sifarişi ilə qəbul olub. Burada ingilis dilində təhsil alacaq.

Fəridə təhsil aldığı müddətdə bütün fənlərdən “5” qiymətlə oxuyub, dəfələrlə bilik yarışlarında, müsabiqə və olimpiadalarda uğur qazanıb. Həmçinin 9 və 11-ci siniflərində fərqlənmə attestatı alıb.

Astaralılar öz qızının uğurlarına çox sevinirlər. Ən əsası Ali təhsildən sonra onun öz xalqı üçün layiqli işlər görəcəyinə ürəkdən inanırlar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
ikisahil.az

1Mənbələr