AZ

"NATO qüvvələri Kurskda..." – Stoltenberqdən açıqlama

NATO baş katibi Yens Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumuna haqq qazandırsa da, alyansın orada hər hansı iştirakını inkar edib.

Teleqraf.com xəbər verir ki, o, Ukraynanın planları barədə əvvəlcədən alyansa məlumat vermədiyini deyib.

“Ukrayna Kursk bölgəsinə hücum planlarını NATO ilə əvvəlcədən müzakirə etməyib. Bu baxımdan NATO heç bir rol oynamır”, - Stoltenberq bildirib.

Eyni zamanda alyansın baş katibi deyib ki, Rusiya hərbçiləri, texnikaları və bazaları legitim hədəflərdir.

Bununla belə, o, Ukrayna ordusunun Kursk vilayətinə hücumunun riskli olduğunu etiraf edib: “Ancaq Ukraynanın özünü necə qoruması öz qərarıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
teleqraf.com

2Mənbələr