AZ

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan əlaqələri xalqlarımızın iradəsindən güc alır

Bakı. Trend

Gündən-günə genişlənən və strateji tərəfdaşlıq səviyyəsinəyüksəlmiş Azərbaycan-Qırğızıstan əlaqələri tarixən dostluqşəraitində yaşamış və bir-birinə qırılmaz tellərlə bağlı olanxalqlarımızın iradəsindən, bir-birinə bəslədiyi qarşılıqlıhörmətdən güc alır.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlhamƏliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova buölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubundayer alıb.

Dövlətimizin başçısı vurğulayıb ki, Sadır Japarovun rəhbərliyiilə icra olunan irimiqyaslı proqramlar və layihələr qardaşQırğızıstanın hərtərəfli inkişafına, qırğız xalqınınsosial-iqtisadi tərəqqisinə və rifahına xidmət edir.

“Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində birgəsəylərimizlə inkişaf edərək yeni mərhələyə qədəm qoyması məmnunluqdoğurur. Şübhəsiz, qarşılıqlı səfərlərimiz və mütəmadi görüşlərimizbunun üçün yaxşı şərait yaratmışdır”, - deyə Azərbaycan Prezidentiqeyd edib.

Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə dəticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrindəəməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident İlhamƏliyev deyib: “Əminəm ki, qardaş xalqlarımızın rifahı naminə birgəsəylərimizlə mövcud tərəfdaşlıq potensialının reallaşdırılmasına,ənənəvi dostluq əlaqələrimizin və səmərəli işbirliyimizin daha dagenişlənməsinə nail olacağıq”.

Azərbaycan Prezidenti, həmçinin qırğız həmkarının iyulunəvvəlində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarınınqeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfərini vəapardıqları müzakirələri yüksək qiymətləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
49
az.trend.az

10Mənbələr